- Transfer
- 12:47 04.12.2025
"Liverpul" hücumçu Federiko Kyezanın klubdakı gələcəyi ilə bağlı mövqeyini kəskin şəkildə dəyişib.
90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki,27 yaşlı cinah hücumçusunun yanvar ayında daha çox oyun praktikasına sahib olmaq üçün başqa komandaya keçməsi planlaşdırılırdı. Lakin hazırda mersisaydlılar Kyezanın komandada qalmasına üstünlük verirlər, çünki italyan futbolçu “Liverpul”un vacib oyunçularından birinə çevrilib.
Federiko Kyeza 2024-cü ilin yayından “Liverpul”un heyətində çıxış edir. O, bu mövsüm bütün turnirlərdə altı oyunda iştirak edib, iki qol vurub və iki qolun ötürməsini verib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, Kyezanın bazar dəyəri 14 milyon avrodur.