5 dekabr 2025. Cümə

“Mançester Yunayted”in əsas hədəfinə çevrildi


  • Transfer
  • 12:34 15.10.2025
  • Oxunma sayı: 118
“Mançester Yunayted”in əsas hədəfinə çevrildi

“Yuventus”un sağ cinah hücumçusu Kənan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az “Caught Offside”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” qış transfer pəncərəsində türk futbolçunu əsas transfer hədəfi kimi müəyyən edib.

“Qırmızı şeytanlar” 20 yaşlı futbolçu üçün 78 milyon funt sterlinq ödəməyə hazırdır. 

Məlumata görə, Mançester təmsilçisi Yıldızı transfer etmək üçün “Çelsi” və “Arsenal” ilə ciddi rəqabətə girməli ola bilər.

Cari mövsümdə türk cinah oyunçusu bütün turnirlərdə 12 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Yuventus”la müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.

Transfermarkt portalının məlumatına əsasən, Yıldızın bazar dəyəri 75 milyon avrodur.







Transfer