5 dekabr 2025. Cümə

Enzo Mareska "radara düşdü"


  • Transfer
  • 22:32 15.10.2025
  • Oxunma sayı: 172
Enzo Mareska "radara düşdü"

“Çelsi”nin baş məşqçisi Enzo Mareska İtaliyada çalışa bilər.

90deqiqe.Az-ın məlumatına görə, italyan mütəxəssisin İngiltərədə uğurlu çıxışları onu “Yuventus” üçün perspektivli namizəd edib.

Hazırda Mareska ilə rəsmi danışıqlar aparılmasa da, Turin klubu onu gələcək üçün maraqlı seçim hesab edir. Bu ehtimal, hazırkı baş məşqçi İqor Tudor ilə yolların ayrılması halında aktual ola bilər.

Məlumat üçün: Enzo Mareska futbolçu karyerası zamanı 2000–2005-ci illərdə “Yuventus”da çıxış edib. O, “Çelsi”də baş məşqçi vəzifəsini 2024-cü ilin yayından icra edir.







Transfer