5 dekabr 2025. Cümə

“Everton” Pikfordla müqaviləni uzadıb


  • Transfer
  • 21:18 16.10.2025
  • Oxunma sayı: 143
“Everton” Pikfordla müqaviləni uzadıb

“Everton” klubu qapıçısı Corcan Pikkfordun müqaviləsini uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2029-cu ilin ortalarınadək Liverpul təmsilçisində çıxış edəcək.

Pikkford klubun saytına açıqlamasında bildirib: “Çox xoşbəxtəm. Hər şey istədiyim kimi alındı – daha iki il əlavə olunur, yəni ümumilikdə dörd il. Bu müddət mənə buradakı izimi dərinləşdirmək və komandanı irəli aparmaq imkanı verir”.

2017-ci ilin yayından “Everton”un şərəfini qoruyan təcrübəli qolkiper bu müddətdə 326 matçda meydana çıxıb və 453 qol buraxıb. O, eyni zamanda İngiltərə millisinin əsas qapıçısıdır.







Transfer