5 dekabr 2025. Cümə

“Yuventus” "Milan"ın sabiq futbolçusunu istəyir


  • Transfer
  • 22:08 16.10.2025
  • Oxunma sayı: 145
“Yuventus” "Milan"ın sabiq futbolçusunu istəyir

İtaliyanın “Yuventus” klubu qış transfer pəncərəsi üçün heyətini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi yayda maraq göstərdiyi yarımmüdafiəçi Frank Kessinin transferi üçün yenidən cəhd edəcək.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən 28 yaşlı futbolçu Avropaya qayıtmaq istəyir. “Əl-Əhli” isə Kessini gələn yay azad agent kimi itirməmək üçün yanvarda satmağa meyillidir.

Transferin baş tutmasının qarşısını ala biləcək əsas məqam oyunçunun yüksək maaşıdır. Kessi hazırda mövsümə görə 10 milyon avro qazanır. “Yuventus”a keçid üçün onun maaşında azalma etməsi gözlənilir.

Qeyd edək ki, Frank Kessi daha əvvəl İtaliyada bir neçə klubda, o cümlədən “Milan”da çıxış edib.







Transfer