5 dekabr 2025. Cümə

“Mançester Yunayted” Keynin “Tottenhem”ə qayıtmasına mane ola bilər


  • Transfer
  • 22:24 17.10.2025
  • Oxunma sayı: 179
“Mançester Yunayted” Keynin “Tottenhem”ə qayıtmasına mane ola bilər

“Tottenhem” hücumçusu Harri Keyni geri gətirməyi planlaşdırır. 

90deqiqe.Az TEAMtalk”a istinadən xəbər verir ki, London kkubunun rəhbərliyi 32 yaşlı hücumçu ilə müqavilə imzalamaq üçün hər cür addımı atmağa, o cümlədən ödənişləri və yüksək maaşı təmin etməyə hazırdır.

Bununla yanaşı, İngiltərə millisinin üzvü ilə “Mançester Yunayted” də maraqlanır. Mançester klubunun şansları əsasən çempionluq uğrunda mübarizə aparmaq qabiliyyətlərini nümayiş etdirə bilib-bilməmələrinə bağlı olacaq.

İngiltərəli futbolçu 2023-cü ilin yayında London klubundan “Bavariya”ya transfer olunmuşdu.Cari mövsümdə Keyn bütün yarışlarda 15 oyuna çıxaraq 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Bavariya” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalına görə, futbolçunun bazar qiyməti 75 milyon avrodur.







Transfer