5 dekabr 2025. Cümə

Ruben Amorimi Mançini əvəzləyir?


  • Transfer
  • 23:35 17.10.2025
  • Oxunma sayı: 186
Ruben Amorimi Mançini əvəzləyir?

“Mançester Yunayted” hazırkı baş məşqçi Ruben Amorimin əvəzinə yeni mütəxəssis axtarır.

90deqiqe.Az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın sükanı arxasına keçə biləcək namizədlərdən biri İtaliya mütəxəssisi Roberto Mançinidir. Artıq təcrübəli çalışdırıcının agenti ilə ilkin danışıqlar da başlanılıb.

Klubun həmtəsisçisi Cim Ratklif Amorimə vəziyyəti düzəltmək üçün üç il vaxt verib.Cari mövsümdə İngiltərə Premyer Liqasına uğursuz start verən “Mançester Yunayted” yeddi turdan sonra yalnız 10 xal toplayıb və turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Roberto Mançini 2024-cü ilin payızından bəri işsizdir; o, əvvəlcə Səudiyyə Ərəbistanı millisindən, daha əvvəl isə İtaliya millisindən, “İnter”, “Qalatasaray” və digər klublardan ayrılıb.







Transfer