- Transfer
- 12:47 04.12.2025
Türkiyənin aparıcı klublarından biri olan “Qalatasaray” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az “Fotomaç”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi bu məqsədlə ÇSKA-nın oyunçusu Matvey Kislyakı transfer etmək niyyətindədir.
Məlumata görə, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk rusiyalı futbolçu haqqında müsbət fikirdədir və onun komandaya qoşulmasını dəstəkləyir. Klub transferi yanvar ayında 20 yaşlı futbolçunun transferini reallaşdırmağı planlaşdırır.
Matvey Kislyak 14 yaşından ÇSKA-nın akademiyasında çıxış edir. O, əsas komandanın heyətində indiyədək bütün turnirlərdə 59 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Moskva təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, gənc yarımmüdafiəçinin bazar dəyəri 16 milyon avro təşkil edir.