5 dekabr 2025. Cümə

2026-cı il üçün əsas transfer hədəfi bu futbolçudur - “Çelsi”nin


  • Transfer
  • 15:08 18.10.2025
  • Oxunma sayı: 145
2026-cı il üçün əsas transfer hədəfi bu futbolçudur  - “Çelsi”nin

 “Aston Villa”nın yarımmüdafiəçisi Morkan Rocers karyerasını “Çelsi” klubunda davam etdirə bilər.

90deqiqe.Az “CaughtOffside”yə istinadən xəbər verir ki, London klubu  hücum xəttini gücləndirmək məqsədilə ingilis futbolçunu transfer etmək istəyir.

Mənbələrin bildirdiyinə görə, hazırda “zadəganlar” futbolçunun transferi uğrunda mübarizədə əsas favorit sayılır. London təmsilçisi 23 yaşlı futbolçunu 2026-cı il üçün əsas transfer hədəfi kimi müəyyənləşdirib.

Məlumata əsasən, “Aston Villa” yarımmüdafiəçisini 92 milyon avro qarşılığında satmağa hazırdır. Futbolçuya həmçinin “Liverpul” və PSJ klublarının da maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, Morkan Rocers cari mövsümdə bütün turnirlər daxil olmaqla 10 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer