- Transfer
- 12:47 04.12.2025
İtaliyalı yarımmüdafiəçi Sandro Tonali “Yuventus”un ciddi marağına baxmayaraq, böyük ehtimalla “Nyukasl”da çıxışını davam etdirəcək.
90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, Turin klubu 25 yaşlı futbolçunu yenidən A Seriyasına qaytarmaq arzusundadır. Lakin “sağsağanlar”ın rəhbərliyi Tonalini saxlamaq və onunla müqaviləni uzatmaq üçün bütün imkanlardan istifadə etməyi planlaşdırır. Artıq futbolçunun agenti ilə də danışıqlara başlayıblar.
Cari mövsümdə Tonali bütün turnirlərdə 9 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, Sandro Tonalinin bazar dəyəri 75 milyon avro qiymətləndirilir.