- Transfer
- 12:47 04.12.2025
PSJ klubu “Barselona”nın hücumçusu Lamin Yamalı heyətinə qatmağı planlaşdırır.
90deqiqe.Az "Goal.com"a istinadən xəbər verir ki, futbolçu rəsmi olaraq dünyanın ən bahalı oyunçusu hesab olunur və onun transfer qiyməti 200 milyon avro olaraq göstərilib.
Məlumata görə, Paris klubu katalonlara 277 milyon avro təklif etməyə hazırdır. Beləliklə, PSJ öz rekordunu yeniləyəcək – əvvəlki rekord Neymarın transferi zamanı təyin olunmuşdu (257 milyon avro).
PSJ artıq “Barselona” ilə Yamalın transferi ilə bağlı əlaqə saxlayıb, lakin katalonlar bu xəbərləri təkzib ediblər.
2025/2026 mövsümündə Yamal bütün turnirlər üzrə 5 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.