5 dekabr 2025. Cümə

London klubları onun üçün yarışır


  • Transfer
  • 14:30 19.10.2025
  • Oxunma sayı: 95
London klubları onun üçün yarışır

 “Sent-Etyen”in hücumçusu Cilian N’Qessa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az “Caught Offside”ə istinadən xəbər verir ki, İngiltərənin “Arsenal” və “Tottenhem” klubları 17 yaşlı forvardı  izləmək üçün bu Fransaya skautlarını göndərib.

Mənbənin məlumatına görə, hər iki London klubu futbolçu ilə bağlı ətraflı skaut hesabatı hazırlayıb. Lakin gənc fransalı oyunçunun bu komandalarla müqavilə imzalaması müntəzəm oyun praktikasının olmaması ilə bağlı narahatlığı səbəbindən çətinləşə bilər.

N’Qessanın “Sent-Etyen” klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, gənc futbolçunun bazar dəyəri 2 milyon avro təşkil edir.







Transfer