5 dekabr 2025. Cümə

“Çelsi” gözünü “Latsio”nun müdafiəçisinə dikib


  • Transfer
  • 16:31 19.10.2025
  • Oxunma sayı: 142
“Çelsi” gözünü “Latsio”nun müdafiəçisinə dikib

“Latsio”nun sol cinah müdafiəçisi Nunu Tavareş karyerasını “Çelsi” klubunda davam etdirə bilər. 

90deqiqe.Az “Il Messaggero”ya istinadən xəbər verir ki, London klubu portuqaliyalı futbolçunu transfer etmək istəyir.

İtaliya klubu yay transfer pəncərəsində 25 yaşlı futbolçunu 50 milyon avrodan aşağı qiymətə buraxmaqdan imtina etmişdilər. Lakin qışda portuqaliyalının daha münasib məbləğə transferinə icazə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Nunu Tavareş bu ilin iyul ayında “Arsenal”dan “Latsio”ya 5 milyon avroya keçib. Müdafiəçinin klubla müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub. Onun hazırkı bazar dəyəri Transfermarkt portalına əsasən 20 milyon avrodur.







Transfer