5 dekabr 2025. Cümə

İtaliyalı futbolçu İngiltərənin dördüncü liqasında çıxış edəcək


  • Transfer
  • 19:19 19.10.2025
  • Oxunma sayı: 155
İtaliyalı futbolçu İngiltərənin dördüncü liqasında çıxış edəcək

“Çelsi”, “Liverpul”, “Milan” və İtaliya milli komandasının sabiq futbolçusu Fabio Borini karyerasını İngiltərənin dördüncü liqasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, “Solford” klubu 34 yaşlı futbolçunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, 34 yaşlı futbolçu transfer pəncərəsi bağlandıqdan sonra da qeydiyyatdan keçmək üçün klubdan icazə alıb.

Borini yaydan etibarən sərbəst agent statusunda idi və “Solford” komandası ilə məşqlərdə iştirak edərək formasını qoruyurdu.

İtalyan hücumçu qısa müddətli müqavilə bağlayıb və komandada 16 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, klubun həmtəsisçiləri Devid Bekhem və Qari Nevilldir.







Transfer