5 dekabr 2025. Cümə

“Reyncers”in yeni baş məşqçisi bəlli oldu


  • Transfer
  • 22:28 20.10.2025
  • Oxunma sayı: 121
“Reyncers”in yeni baş məşqçisi bəlli oldu

Almaniyalı məşqçi Dani Röl Şotlandiya klubu “Reyncers”in baş məşqçisi təyin edilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı Röl əvvəlki baş məşqçi Rassel Martinin yerinə gətirilib. Onun əvvəlki iş təcrübəsinə İngiltərənin “Şeffild Uensdey” komandası, Münhen “Bavariya” və Almaniya milli komandasındakı köməkçi məşqçi fəaliyyəti daxildir. Həmin dövrdə o, hazırda “Barselona”nın baş məşqçisi olan Hans-Diter Flikin köməkçisi olub.

Hazırda “Reyncers” Şotlandiya çempionatında 8 turdan sonra 9 xal toplayaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.







Transfer