14 dekabr 2025. Bazar günü

Messi “İnter Mayami” ilə müqaviləsini uzadıb


  • Transfer
  • 20:51 23.10.2025
  • Oxunma sayı: 187
Messi “İnter Mayami” ilə müqaviləsini uzadıb

ABŞ-ın “İnter Mayami” klubu argentinalı hücumçu Lionel Messinin klubla müqaviləsini uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilə 2028-ci ilin sonunadək etibarlı olacaq.

“Burada qalmaqdan və bu layihə üzərində işləməyə davam etməkdən çox xoşbəxtəm. Bu, təkcə mənim arzum deyil, eyni zamanda gözəl bir reallığa çevrilib — ‘Mayami Fridom Park’ stadionunda oynamaq mənə böyük zövq verir. Mayamiyə gəldiyim ilk gündən özümü çox xoşbəxt hiss etmişəm və bu komandanın bir hissəsi olmağa davam etdiyim üçün səmimi qəlbdən sevinirəm”, – deyə Messi klubun mətbuat xidmətinə bildirib.

38 yaşlı ulduz 2023-cü ilin yayından “İnter Mayami”nin heyətində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 82 oyuna çıxıb, 71 qol vurub və 37 qolun ötürməsini verib. Transfermarkt portalının məlumatına əsasən, Messinin hazırkı bazar dəyəri 18 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı