14 dekabr 2025. Bazar günü

Kənan Yıldız Avropa nəhənglərinin transfer hədəfinə çevrilib


  • Transfer
  • 17:27 25.10.2025
  • Oxunma sayı: 207
Kənan Yıldız Avropa nəhənglərinin transfer hədəfinə çevrilib

“Yuventus”un hücumçusu Kənan Yıldız Avropanın bir sıra nəhəng klublarının diqqət mərkəzindədir.

90deqiqe.Az-ın məlumatına görə,  20 yaşlı futbolçunun çıxışlarını Madrid “Real”ı, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” yaxından izləyir. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

“Qoca sinyora” rəhbərliyi isə hələ də türk futbolçu ilə müqaviləni uzadaraq maaşını artırmaq niyyətindədir.

Transfermarkt portalına görə, Kənan Yıldızın bazar dəyəri 75 milyon avro qiymətləndirilir.

Cari mövsümdə gənc futbolçu “Yuventus”da 10 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə həyata keçirib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı