5 dekabr 2025. Cümə

"Real Madrid"in futbolçusu Bundesliqada çıxış edə bilər


  • Transfer
  • 19:12 26.10.2025
  • Oxunma sayı: 163
"Real Madrid"in futbolçusu Bundesliqada çıxış edə bilər

“Real” klubunun hücumçusu Endrik qış transfer pəncərəsində komandadan ayrıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçu cari mövsümdə hələ oynama şansı qazanmayıb və buna görə də klub rəhbərliyi onun icarəyə verilməsinə qərar verib.

Endrik özü də başqa komandada çıxış edərək oyun təcrübəsi qazanmaq istəyir. “Kral klubu” gənc hücumçu üçün Almaniyadan gələn təklifləri nəzərdən keçirməyə hazırdır.

Daha əvvəl Endriklə “Leypsiq” maraqlanırdı.

Futbolçunun “Real”la mövcud müqaviləsi 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub, bazar qiyməti isə Transfermarkt portalına görə 35 milyon avro təşkil edir.







Transfer