14 dekabr 2025. Bazar günü

“Barselona” klubu “Arsenal”ın kapitanını transfer siyahısına daxil etdi


  • Transfer
  • 15:00 01.11.2025
  • Oxunma sayı: 100
“Barselona” klubu “Arsenal”ın kapitanını transfer siyahısına daxil etdi

İspaniyanın “Barselona” klubu “Arsenal”ın kapitanı və yarımmüdafiəçisi Martin Odeqard yay transfer pəncərəsi üçün hədəf siyahısına salıb.

90deqiqe.Az “Indykaila”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçiləri 26 yaşlı futbolçunun karyerasında yeni mərhələyə hazır olduğuna inanırlar. Bildirilir ki, “Barselona” norveçlinin transferi üçün iyun ayında hərəkətə keçməyi planlaşdırır.

Odeqard “Arsenal”ın heyətində 2021-ci ilin yayından çıxış edir. Bu müddətdə o, bütün turnirlərdə 205 oyuna çıxıb, 41 qol vurub və 40 assist edib.

Norveç millisinin kapitanı olan futbolçunun London klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Odeqardın bazar dəyəri 80 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı