14 dekabr 2025. Bazar günü

Haland “Real”a transferə hazırdır


  • Transfer
  • 23:58 05.11.2025
  • Oxunma sayı: 197
Haland “Real”a transferə hazırdır

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İspaniya La Liqasının nəhəng klubuna transferə açıqdır.

90deqiqe.Az “Goal”a istinadən xəbər verir ki, norveçli forvard “Real Madrid”də çıxış etmək istəyir. Mənbənin məlumatına əsasən, Haland özünü futbol brendi kimi tam şəkildə reallaşdırmaq üçün gələcəkdə “Mançester Siti”ni tərk etməyin zəruri olduğunu düşünür.

Xatırladaq ki, futbolçunun atası daha əvvəl Erlinq Halandın karyerası ərzində bütün aparıcı Avropa liqalarında oynamaq arzusunda olduğunu bildirmişdi. Norveçli hücumçu hazırda Almaniya və İngiltərədə çıxış edib.

25 yaşlı futbolçu ilə “Mançester Siti” arasında müqavilə 2034-cü ilin ortalarınadək qüvvədədir. “Transfermarkt”ın qiymətləndirməsinə əsasən, Haalandın bazar dəyəri 180 milyon avrodur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı