14 dekabr 2025. Bazar günü

“Tottenhem” “İnter” müdafiəçisini heyətinə qatmaq istəyir


  • Transfer
  • 00:07 06.11.2025
  • Oxunma sayı: 216
“Tottenhem” “İnter” müdafiəçisini heyətinə qatmaq istəyir

“İnter”in mərkəz müdafiəçisi Yann-Aurel Bissek karyerasını İngiltərə Premyer Liqasının “Tottenhem” klubunda davam etdirə bilər.

90deqiqe.Az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, alman futbolçunun son oyunlardakı uğurlu çıxışları Premyer Liqa klublarının diqqətini yenidən üzərinə çəkib. Hazırda oyunçunun transferi uğrunda əsas namizəd məhz “Tottenhem” hesab olunur. "Spurs" artıq futbolçunun agenti ilə danışıqlara başlayıb və ilkin razılıq əldə edib.

Məlumata görə, futbolçunun özü də bu keçidi dəstəkləyir. “Tottenhem”də oynamaq perspektivi həm oyunçunun, həm də onun ətrafının marağına səbəb olub. Bu isə Bissekin İngiltərəyə köçməyə hazır olduğunu göstərir.

Qeyd edək ki. yay transfer pəncərəsində Bisseklə maraqlanan digər London klubu – “Kristal Pelas” idi, lakin o vaxt sövdələşmə baş tutmamışdı.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı