14 dekabr 2025. Bazar günü

"Real" yeni ulduzla razılığa gəldi


  • Transfer
  • 23:46 07.11.2025
  • Oxunma sayı: 208
"Real" yeni ulduzla razılığa gəldi

Madrid “Real”ı 2026-cı il üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az “Foot Mercato”ya istinadən xəbər verir ki, İspaniya nəhəngi David Alaba və Antonio Rüdigerin mümkün ayrılığına hazırlaşır.

“Kral klubu” “Bavariya”nın mərkəz müdafiəçisi Dayo Upamekano ilə şifahi razılıq əldə edib. Bununla belə, müqavilənin rəsmi qüvvəyə minməsi üçün danışıqlar davam edir.

“Bavariya” 27 yaşlı futbolçunu komandada saxlamaq istəyir və ona yeni müqavilə təklif edib. Upamekano ilə yanaşı, “Liverpul”un oyunçusu İbrahima Konate də “Real”ın müşahidə siyahısındadır.

Fransalı müdafiəçinin “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Əgər tərəflər razılığa gəlməsə, futbolçu növbəti yay azad agent statusu ilə “Real”a keçə bilər.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı