14 dekabr 2025. Bazar günü

“Barselona” “Mançester Siti”nin müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 13:25 08.11.2025
  • Oxunma sayı: 109
“Barselona” “Mançester Siti”nin müdafiəçisini transfer etmək istəyir

“Mançester Siti”nin mərkəz müdafiəçisi Con Stouns karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az “Fichajes”ə istinadən xəbər verir ki, “Barselona” 31 yaşlı futbolçunun transferində maraqlıdır. Kataloniya təmsilçisi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

İngilis müdafiəçinin “Mançester Siti” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq və o, azad agent statusu alacaq.

Qeyd edək ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola daha əvvəl Stouns-un komandada qalacağına əmin olmadığını bildirmişdi.

Cari mövsümdə Con Stouns bütün turnirlərdə 10 oyuna çıxıb, lakin nə qol vurub, nə də ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 22 milyon avro təşkil edir.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı