5 dekabr 2025. Cümə

“Atletiko” “Korintians”ın gənc yarımmüdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 14:02 08.11.2025
  • Oxunma sayı: 103
“Atletiko” “Korintians”ın gənc yarımmüdafiəçisini transfer etmək istəyir

“Korintians” klubunun mərkəz yarımmüdafiəçisi Breno Bidona karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı futbolçunun xidmətində Madridin “Atletiko” klubu maraqlıdır. Madrid klubu artıq braziliyalı futbolçunun agenti ilə danışıqlara başlayıb.

Lakin ispaniyalılar “Sportinq”, “Napoli” və “Mançester Yunayted” kimi klubların sərt rəqabəti ilə üzləşəcək.

Gözlənilir ki, “Atletiko” gənc futbolçu üçün 18 milyon avro məbləğində təklif irəli sürəcək.

Cari mövsümdə braziliyalı futbolçu bütün turnirlərdə 47 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer