6 dekabr 2025. Şənbə

Konate Bundesliqaya qayıda bilər


  • Transfer
  • 15:48 08.11.2025
  • Oxunma sayı: 154
Konate Bundesliqaya qayıda bilər

“Liverpul”un mərkəz müdafiəçisi İbrahim Konate Almaniya Bundesliqasında çıxış edə bilər.

90deqiqe.Az “Bild”ə istinadən xəbər verir ki, “Bavariya” klubu Konatenin agentləri ilə mümkün əməkdaşlıq üçün danışıqlara başlayıb.

Almaniya çempionu fransalı futbolçunu Bundesliqaya geri gətirmək niyyətindədir; Konate daha əvvəl  "Leypsiq”də çıxış edib.

Bundan əlavə, “Bavariya” “Kristal Pelas”ın müdafiəçisi Mark Gehi ilə də maraqlanır. Hər iki futbolçu gələn yay azad agent statusu qazanacaq. Qeyd edək ki, Konate və Gehi üçün artıq bir sıra nəhəng klublar maraq göstərir, çünki bir çox komandaların mərkəz müdafiədə problemləri var.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır