- Transfer
- 12:47 04.12.2025
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali əvvəlki klubu “Milan”a qayıtmaq arzusunda olduğunu bildirib.
90deqiqe.Az “Corriere della Sera”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Milanı” çox darıxır və Premier Liqaya keçməzdən əvvəl bu komandada çıxış edib.
Eyni zamanda, “Yuventus” klubunun da italiyalı ilə maraqlandığı bildirilir. Qeyd olunur ki, futbolçunun “Nyukasl”la müqaviləsində heç bir çıxış klauzası yoxdur.
Tonali 2021-ci ilin yayında “Milan”dan “Nyukasl”a transfer olunub. Cari mövsümdə o, bütün turnirlərdə 14 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. Futbolçunun “Nyukasl”la müqaviləsi 2028-ci ilə qədərdir, Transfermarkt-a görə bazar dəyəri 75 milyon avro təşkil edir.