5 dekabr 2025. Cümə

Antuan Semenyo “Liverpul”a keçə bilər


  • Transfer
  • 16:24 08.11.2025
  • Oxunma sayı: 156
Antuan Semenyo “Liverpul”a keçə bilər

“Bornmut”un hücumçusu Antuan Semenyo qış transfer pəncərəsində “Liverpul”a keçə bilər.

90deqiqe.Az “Indykaila News”a istinadən xəbər verir ki, Mersisayd klubu 25 yaşlı futbolçu üçün 74 milyon avro məbləğində rəsmi təklif göndərib. Bildirilir ki, Semenyo özü də “Liverpul”a keçmək istəyir.

“Bornmut” futbolçunu yalnız müqavilədə nəzərdə tutulmuş xüsusi şərt yerinə yetirilərsə buraxacaq. Həmin şərt Premier Liqasından üç klub ilə bağlıdır, lakin detalları açıqlanmır.

Cari mövsümdə Semenyo 10 oyunda çıxış edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.







Transfer