5 dekabr 2025. Cümə

“Aston Villa”da yeni müqavilə


  • Transfer
  • 16:48 10.11.2025
  • Oxunma sayı: 189
“Aston Villa”da yeni müqavilə

“Aston Villa” hücumameyilli yarımmüdafiəçisi Moran Rocerslə yeni müqavilə imzalayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2031-ci ilə qədər əməkdaşlığı uzadıb.

23 yaşlı futbolçu 2024-cü ilin fevralında təxminən 9 milyon avroya Birmingem təmsilçisinə transfer olunmuşdu. Cari mövsümdə ingilis futbolçu bütün turnirlər daxil olmaqla 16 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına əsasən, hazırda futbolçunun bazar dəyəri 65 milyon avro təşkil edir.

Qeyd edək ki, “Aston Villa” noyabrın 23-də Premyer Liqanın 12-ci turu çərçivəsində səfərdə “Lids”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.







Transfer