30 iyun 2026. Çərşənbə axşamı

Konate “Liverpul”dan ayrılır


  • Transfer
  • 20:16 10.11.2025
  • Oxunma sayı: 306
Konate “Liverpul”dan ayrılır

“Liverpul”un müdafiəçisi İbrahima Konate yayda 2026-cı ildə başa çatacaq müqaviləsini uzatmamağa qərar verib.

90deqiqe.Az “Diario”ya istinadən xəbər verir ki, fransalı mərkəz müdafiəçisi mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq.

 Mənbələr bildirir ki, “Liverpul” artıq Konate ilə yeni müqavilə imzalamağa ümidini itirib.  

 Fransalı mərkəz müdafiəçisinin xidmətində “Real Madrid” maraqlıdır.

Əvvəllər İngiltərə müdafiəçisi Trent Aleksander-Arnold müqaviləsini uzatmayaraq yayda “Real”a keçmişdi.Konate “Liverpul”da 2021-ci ilin yayından çıxış edir. Əvvəlki komandası “Leypsiq” olub.







Transfer