14 dekabr 2025. Bazar günü

Roberto Mançini “Əl-Sədd”lə razılığa gəldi


  • Transfer
  • 22:59 10.11.2025
  • Oxunma sayı: 138
Roberto Mançini “Əl-Sədd”lə razılığa gəldi

İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini karyerasını Qətərdə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 60 yaşlı çalışdırıcı “Əl-Sədd” klubuna rəhbərlik etməyə razılıq verib.

Müqavilənin detallarına əsasən, tərəflər arasında rəsmi imza mərasimi yekun danışıqlardan sonra keçiriləcək, həmçinin sənəddə Mançininin 2026-cı ilin yayında klubdan ayrılmaq hüququ yer alacaq.

Hazırda “Əl-Sədd” Qətər liqasının turnir cədvəlində 9 oyundan sonra 6-cı pillədə qərarlaşıb və lider “Əl-Ğarafa”dan 8 xal geri qalır.

Roberto Mançini ən son Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi kimi fəaliyyət göstərib.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində
Messinin dəyəri yenidən azaldı
  • Transfer
  • 20:27 11.12.2025
Messinin dəyəri yenidən azaldı