25 mart 2026. Çərşənbə

“Barselona” “Liverpul”un yarımmüdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 13:47 11.11.2025
  • Oxunma sayı: 320
“Barselona” “Liverpul”un yarımmüdafiəçisini transfer etmək istəyir

“Liverpul”un dayaq yarımmüdafiəçisi Ryan Qravenberx “Barselona”nın maraq dairəsinə düşüb.

90deqiqe.Az “Fichajes”ə istinadən xəbər verir ki, Kataloniya klubu niderlandlı futbolçunun son aylardakı oyunundan çox təsirlənib və onu heyətinə qatmaq istəyir.

Bildirilir ki, “Barselona” 23 yaşlı futbolçunu transfer etmək üçün heyətindəki bir neçə futbolçunu satmağa hazırdır. Futbolçunun özü də Kataloniya klubuna keçid variantını istisna etmir.

Ryan Qravenberxin xidmətində “Real Madrid”in də maraqlıdır.

Cari mövsümdə Qravenberx “Liverpul”un heyətində bütün turnirlər üzrə 12 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

Kazemiro "İnter"ə keçə bilər
  • Transfer
  • 23:00 24.03.2026
Kazemiro "İnter"ə keçə bilər