5 dekabr 2025. Cümə

Stiven Cerrard İngiltərəyə qayıda bilər


  • Transfer
  • 13:59 11.11.2025
  • Oxunma sayı: 254
Stiven Cerrard İngiltərəyə qayıda bilər

Əfsanəvi ingilis futbolçu və hazırda məşqçi kimi fəaliyyət göstərən Stiven Cerrard karyerasını yenidən vətənində davam etdirə bilər.

90deqiqe.Az “The Sun”a istinadən xəbər verir ki,  45 yaşlı mütəxəssis İngiltərə Çempionşipində çalışma variantını nəzərdən keçirir.

Cerrardla maraqlanan klub “Midlsbro”dur. Komandanın hazırkı baş məşqçisi Rob Edvards Premyer Liqa təmsilçisi “Vulverhempton”a keçməyə yaxındır.

Xatırladaq ki, Cerrardın son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu olub. O, cari ilin yanvarında klubdan ayrılıb və o vaxtdan bəri işsizdir.







Transfer