5 dekabr 2025. Cümə

Dibala “Roma”dan ayrılıb Argentinaya qayıda bilər


  • Transfer
  • 14:09 11.11.2025
  • Oxunma sayı: 244
Dibala “Roma”dan ayrılıb Argentinaya qayıda bilər

“Roma”nın ulduz hücumçusu Paulo Dibala karyerasını Argentinada davam etdirmək istəyir.

90deqiqe.Az xəbər verir ki, 31 yaşlı futbolçu “Boka Xuniors” klubuna keçmək arzusundadır.

Bildirilir ki, Dibalanın “Roma” ilə müqaviləsinin uzadılması hazırda sual altındadır. Buna əsas səbəb oyunçunun yüksək maaşıdır. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi bu ilin yayında başa çatacaq.

2022-ci ildən “Roma”nın formasını geyinən Dibala cari mövsümdə bütün turnirlər üzrə 9 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 8 milyon avro təşkil edir.







Transfer