5 dekabr 2025. Cümə

“Mançester Yunayted” “Ştutqart”ın yarımmüdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 16:45 11.11.2025
  • Oxunma sayı: 278
“Mançester Yunayted” “Ştutqart”ın yarımmüdafiəçisini transfer etmək istəyir

“Ştutqart”ın dayaq yarımmüdafiəçisi Anjelo Ştiller karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorimin transfer siyahısında ön sıralarda yer alır.

Bununla yanaşı, Amorim “Brayton”un futbolçusu Karlos Balebə və “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortona da maraq göstərir.

Məlumata əsasən, alman futbolçunun xidmətində bir neçə Premyer Liqa və La Liqa klubu da maraqlıdır. Cari mövsümdə futbolçu bütün turnirlərdə 17 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Transfermarkt portalı alman yarımmüdafiəçini 45 milyon avro dəyərində qiymətləndirir.







Transfer