- Transfer
- 12:47 04.12.2025
PSJ-nin yarımmüdafiəçisi Vitinya Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.
90deqiqe.Az “CaughtOffside”yə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Arsenal”, “Liverpul” və “Yuventus” klubları maraqlıdır. Sözügedən klublar artıq portuqaliyalının transferi üçün agenti ilə əlaqə saxlayıb.
Mümkün transfer üçün ciddi büdcə tələb olunur, çünki Paris klubu oyunçusunu azı 130 milyon avroya satmağı planlaşdırır.
Vityinya 2022-ci ilin yayında PSJ-yə keçib və bu vaxtadək 169 oyunda meydana çıxıb. Onun aktivində 21 qol və 22 assist var.
Hazırda parislilər Fransa Liqa 1-də zirvədə qərarlaşıb – 12 turdan sonra PSJ-nin aktivində 27 xal var.