5 dekabr 2025. Cümə

"Mançester Yunayted"in transfer hədəfləri bəlli olub


  • Transfer
  • 21:24 12.11.2025
  • Oxunma sayı: 291
"Mançester Yunayted"in transfer hədəfləri bəlli olub

“Mançester Yunayted” qış transfer pəncərəsində yeni yarımmüdafiəçi almağı planlaşdırır.

 90deqiqe.Az “Daily Mail”ə istinadən xəbər verir ki, “Vulverhempton”un braziliyalı yarımmüdafiəçisi Joao Qomes və “Çelsi”nin yetirməsi, hazırda Madrid “Atletiko”sunda çıxış edən Konor Qallaxer komandanın baş məşqçisi Ruben Amorim üçün prioritet variantlar hesab olunur. 

İngiltərə mətbuatının məlumatına görə, “qırmızı şeytanlar” 2026 Dünya Çempionatından əvvəl yeni oyunçular tapmaq istəyir, çünki turnir yaxınlaşdıqca bəzi futbolçuların qiymətləri əhəmiyyətli dərəcədə arta bilər. Qallaxer “Mançester Yunayted”ə icarə əsasında keçə bilər və yayda 45 milyon funt sterlinq (təxminən 50,8 milyon avro) müqabilində daimi transfer oluna bilər.

24 yaşlı Joao Qomes “Vulverhempton”un heyətində 11 Premyer Liqa oyununda meydana çıxıb, amma məhsuldar hərəkət etməyib. Konor Gallaher isə “matrasniklər” üçün bütün turnirlər üzrə 16 oyunda 2 qol vurub.







Transfer