- Transfer
- 12:47 04.12.2025
Türkiyənin “Samsunspor” klubunun baş məşqçisi Tomas Rays Almaniyanın “Volfsburq” klubunu çalışdıra bilər.
90deqiqe.Az “Sky Germany”ə istinadən xəbər verir ki, Bundesliqa klubu 52 yaşlı çalışdırıcını yeni mövsümdən heyətini çalışdırmaq üçün dəvət etməyə hazırlaşır.
“Volfsburq” Raysin müqaviləsində göstərilən 200 min avro ödənişi ödəməyi planlaşdırır.
Rays 2024-cü ildən “Samsunspor”u çalışdırır və onun rəhbərliyi altında klub keçən mövsüm Türkiyə çempionatında sensasiya yaradaraq 4-cü yerə yüksəlib və avrokuboklara vəsiqə qazanıb. Mövsümün böyük hissəsində “Samsunspor” ilk üçlükdə olub. Qeyd edək ki, “Volfsburq”un baş məşqçi postunu əvvəlki mövsümdə Paul Simons tərk etmişdi.