5 dekabr 2025. Cümə

"Toni komandadan ayrılmayacaq”


  • Transfer
  • 21:25 14.11.2025
  • Oxunma sayı: 259
"Toni komandadan ayrılmayacaq”

“Əl-Əhli” klubunun direktoru Rui Pedro Braz hücumçu Ayven Toninin mümkün transferi barədə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano funksionerin dediklərini belə çatdırıb.

“Tonini top oyunçu, top hücumçu hesab edirik. Onun yanvarda komandadan ayrılacağı ilə bağlı yayılan söz-söhbətlər düzgün deyil. Biz ona güvənirik və bu mövzuya qayıtmağa ehtiyac yoxdur”

Cari mövsümdə 29 yaşlı Toni bütün turnirləri nəzərə alaraq 15 oyunda iştirak edib, 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt kəşf olunan forvardı 25 milyon avroya qiymətləndirir.







Transfer