5 dekabr 2025. Cümə

“Çelsi” Xulyan Alvaresi transfer etməyə hazırlaşır


  • Transfer
  • 21:34 14.11.2025
  • Oxunma sayı: 255
“Çelsi” Xulyan Alvaresi transfer etməyə hazırlaşır

“Çelsi” son illərdə transfer bazarında böyük sərmayələr qoyub və bu siyasəti davam etdirmək niyyətindədir.

 90deqiqe.Az “Fichajes”ə istinadən xəbər verir ki, London klubu “Atletiko”nun hücumçusu Xulyan Alvaresin xidmətində maraqlıdır. "Zadəganlar" argentinalı üçün 150 milyon avro xərcləməyə hazırdır.

Bildirilir ki, Alvaresin keçidinə Argentina millisindəki həmkarı – Enzo Fernandes də dəstək ola bilər. Əgər bu transfer gerçəkləşərsə, “Çelsi” tarixinin ən bahalı transferini həyata keçirmiş olacaq. Hazırda rekord 121 milyon avro ilə Enzo Fernandesə məxsusdur.

25 yaşlı Alvares bu mövsümdə 15 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer