5 dekabr 2025. Cümə

“Mançester Siti” Semenyo uğrunda mübarizəyə qoşulub


  • Transfer
  • 21:45 14.11.2025
  • Oxunma sayı: 254
“Mançester Siti” Semenyo uğrunda mübarizəyə qoşulub

“Bornmut”un cinah oyunçusu Antuan Semenyo karyerasını “Mançester Siti”də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, “şəhərlilər” qış transfer pəncərəsində 25 yaşlı futbolçunun transferini nəzərdən keçirir. İngiltərə klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

 İngiltərənin digər top-klubları – “Liverpul”, “Tottenhem” və “Mançester Yunayted” də Semenyonun xidmətində maraqlıdır.

Antuan Semenyon “Bornmut”da 101 oyunda 28 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt onu 55 milyon avroya qiymətləndirir.







Transfer