9 dekabr 2025. Çərşənbə axşamı

Harvi Elliott “Liverpul”a qayıtmayacaq


  • Transfer
  • 23:48 14.11.2025
  • Oxunma sayı: 249
Harvi Elliott “Liverpul”a qayıtmayacaq

“Liverpul”un yarımmüdafiəçisi Harvi Elliott “Aston Villa”dan vaxtından əvvəl geri çağırılmayacaq.

 90deqiqe.Az “The Athletic”ə istinadən xəbər verir ki, mersisaydlılar yanvarda Elliottu icarədən geri çağırmaq niyyətində deyillər, hətta futbolçu oyun praktikası əldə etməsə belə.

Müqavilədə vaxtından əvvəl geri dönüş haqqında hər hansı maddə nəzərdə tutulmayıb və klublar hələ ki, razılaşmanı pozmaq niyyəti göstərməyib.

Xatırladaq ki, Elliott 1 sentyabrda “Liverpul”dan “Aston Villa”ya keçib. O vaxtdan bəri yarımmüdafiəçi bütün turnirlər üzrə yalnız 5 oyunda iştirak edib və 1 qol vurub.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır