8 mart 2026. Bazar günü

Markus Reşford Premyer Liqaya qayıda bilər


  • Transfer
  • 23:58 14.11.2025
  • Oxunma sayı: 328
Markus Reşford Premyer Liqaya qayıda bilər

Hazırda icarə əsasında “Barselona”da çıxış edən hücumçu Markus Reşford karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az “El Nacional”a istinadən xəbər verir ki, maliyyə problemləri və Robert Levandovskinin əvəzinə transfer ehtiyacı səbəbindən kataloniyalıların Reşfordu mövsüm sonunda almaq ehtimalı azdır.

 28 yaşlı futbolçu bu səbəbdən artıq digər variantları nəzərdən keçirir və agenti bununla məşğuldur. Hücumçunun nümayəndəsinə “Çelsi” və “Tottenhem” klublarından da təkliflər daxil olub. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıblar.

Beləliklə, Reşford mövsüm sonunda Premyer Liqaya qayıdaraq “Mançester Yunayted”in rəqiblərindən birində oynaya bilər.







Transfer

3 top klub arasında mübarizə
  • Transfer
  • 18:17 07.03.2026
3 top klub arasında mübarizə