- Transfer
- 12:47 04.12.2025
“Arsenal” “Borussiya Dortmund”un hücumçusu Karim Adeyemi üçün “Mançester Yunayted”lə yarışa qoşulub.
90deqiqe.Az “TEAMtalk”a istinadən xəbər verir ki, futbolçu qış transfer pəncərəsində bir klub tərəfindən alına bilər.
Adeyemi “Borussiya” ilə yeni müqavilə barədə razılığa gələ bilməyib və bu səbəbdən digər komandalar da ona maraq göstərməyə başlayıblar. “Borussiya” isə gənc futbolçunu 70 milyon avrodan aşağı qiymətə buraxmaq niyyətində deyil. Adeyeminin agentləri isə onu London klublarına göndərmək tərəfdarıdır.
Cari mövsümdə Adeyemi 14 oyunda çıxış edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına qədərdir və Transfermarkt-a görə, bazar dəyəri 60 milyon avrodur.