5 dekabr 2025. Cümə

"Barselona" onun yerini doldurmaq üçün beş müdafiəçi ilə maraqlanır


  • Transfer
  • 15:01 16.11.2025
  • Oxunma sayı: 125
"Barselona" onun yerini doldurmaq üçün beş müdafiəçi ilə maraqlanır

"Barselona" yayda komandanı tərk edən İnyiqo Martinesin əvəzləyicisini tapmaq üçün transfer bazarını aktiv şəkildə araşdırır.

90deqiqe.Az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisində sol ayaqlı, topu müdafiədən səliqəli şəkildə çıxara bilən mərkəz müdafiəçisinin çatışmazlığı hiss olunur. 

Mənbənin xəbərinə görə, "blauqrana"nın mümkün transferlər siyahısında beş oyunçu yer alıb:

  • Niko Şlotterbek ("Borussiya Dortmund")

  • Qonsalu Ina­siu ("Sportinq")

  • Mark Qehi ("Kristal Pelas")

  • Tilel Tati ("Nant")

  • Deotşankül Upamekano ("Bavariya")

Bildirilir ki, hazırda Şlotterbekin bazar dəyəri 40 milyon avronu keçir. İnasiunun müqaviləsində isə 60 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur. Qehi ilə Upamekanonun müqavilələri 2026-cı ilin yayında başa çatır.







Transfer