- Transfer
- 12:47 04.12.2025
“Qalatasaray”ın hücumçusu Mauro İkardi 2023-cü ilin yayında Səudiyyə Ərəbistanından gələn təklifdən imtina edib.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumatına görə, futbolçuya təqdim olunan üçillik müqavilənin dəyəri 120 milyon avronu aşırdı.
Bu barədə argentinalı forvardın agenti Corc Qardi danışıb:
“2023-cü ilin yayında o, azarkeşlərin sevgisini hiss etdiyi üçün Səudiyyə Ərəbistanından gələn 120 milyon avrodan çox dəyəri olan təklifi qəbul etmədi və klubda qalmağa qərar verdi”.
Argentinalı hücumçunun PSJ-dən “Qalatasaray”a tam transferi də elə həmin il rəsmiləşmişdi. Məhz bundan sonra Yaxın Şərq liqasından gələn böyük təklif gündəmə gəlib.
Hazırkı mövsümdə 32 yaşlı İkardi bəzən ehtiyatdan meydana daxil olsa da, Türkiyə Superliqasında keçirdiyi 11 oyunda 6 qol vurmağı bacarıb. Futbolçunun İstanbul klubu ilə müqaviləsi gələn yay başa çatır.