- Transfer
- 12:47 04.12.2025
“Feyenoord”un yarımmüdafiəçisi Kvinten Timber karyerasını “Arsenal”da davam etdirə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, London klubu yarımmüdafiəçi ilə maraqlanır. "Topçular"ın baş məşqçisi Mikel Arteta şəxsən futbolçunun keçidini rəhbərlikdən xahiş edib.
24 yaşlı futbolçunun müqaviləsi iyunun sonunda başa çatır və mövsümün sonunda sərbəst agentə çevrilə bilər.
Qeyd edək ki, “topçular”ın heyətində artıq Kvinten Timberin əkiz qardaşı Yurijen Timber çıxış edir.
Cari mövsümdə Kvinten Timber “Feyenoord” üçün 14 matç keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt saytının məlumatına görə, Hollandiya millisinin müxtəlif mövqelərdə oynaya bilən oyunçusunun bazar qiyməti 30 milyon avrodur.