- Transfer
- 12:47 04.12.2025
“Mançester Yunayted” 2026-cı ilin yay transfer pəncərəsində “Brayton”un yarımmüdafiəçisi Karlos Balebanı heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, “Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçini yay transferləri üçün prioritet hədəf kimi müəyyən edib. Futbolçu özü də klub dəyişməkdə maraqlıdır.
Kamerunlu oyunçu uzun müddətdir “qırmızı şeytanlar”ın radarındadır, lakin “qartallar” ulduz futbolçudan asanlıqla ayrıla bilməz və buna görə böyük təzminat tələb edirlər.
Yarımmüdafiəçinin bazar qiyməti "Transfermarkt"ın məlumatına görə 60 milyon avrodur. Onun “Brayton” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.