- Transfer
- 12:47 04.12.2025
“Sportinq”in mərkəz müdafiəçisi Usman Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Record"a istinadən məlumatına görə, 21 yaşlı futbolçunun xidmətində “Çelsi” və “Arsenal” klubları maraqlıdır. Hər iki İngiltərə klubu gənc futbolçu üçün əsas namizədlər hesab olunur və yayda onu heyətə qatmaq üçün yarışa girməyə hazırlaşır Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.
Türkiyənin “Qalatasaray” klubu isə Diomandeni yanvar ayında transfer etmək imkanını nəzərdən keçirir. Onlar hesab edir ki, yayadək gözləmədən müdafiəçini ələ keçirmək daha asan olacaq.
21 yaşlı futbolçunun bazar qiyməti Transfermarkt-a görə 45 milyon avrodur. Cari mövsümdə Diomande “Sportinq”də 8 oyuna çıxıb və hələ məhsuldar hər hansı göstərici ilə yadda qalmayıb.