5 dekabr 2025. Cümə

"Mançester Siti" "Barselona"nın transfer hədəfini əldə edə bilər


  • Transfer
  • 21:28 18.11.2025
  • Oxunma sayı: 229
"Mançester Siti" "Barselona"nın transfer hədəfini əldə edə bilər

"Köln"ün sol cinah vingeri Said El-Mala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

90deqiqe.Az-ın "Sky Sport Germany"a istinadən məlumatına görə, "Mançester Siti" 19 yaşlı futbolçunun xidmətində maraqlıdır. İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola gənc futbolçunun oyunundan heyran qalıb və rəhbərlikdən futbolçunun transferini istəyib.

 “Şəhərlilər”in skautları da 19 yaşlı futbolçunun son oyunlarını yerində izləyiblər.

Bundesliqa klubu gənc hücumçunu 40 milyon avro olaraq qiymətləndirir. Eyni zamanda Dortmund "Borussiya"sı və "Bavariya" da oyunçu ilə maraqlanır.

Daha əvvəl El-Malanın mövsümün sonunda "Barselona"ya transfer variantı kimi nəzərdən keçirildiyini yazmışdı.

Gənc futbolçu cari mövsümdə Bundesliqada 10 matçda iştirak edib. Bu oyunlarda onun aktivində dörd qol və bir məhsuldar ötürmə var. Transfermarkt portalının məlumatına görə, Said El-Malanın bazar dəyəri 18 milyon avrodur.







Transfer