5 dekabr 2025. Cümə

Levandovski karyerasını "Milan"da davam etdirə bilər


  • Transfer
  • 21:41 18.11.2025
  • Oxunma sayı: 216
Levandovski karyerasını "Milan"da davam etdirə bilər

İtaliyanın “Milan” klubu “Barselona” hücumçusu Robert Levandovskini əsas transfer hədəfi kimi müəyyən edib.

90deqiqe.Azn "Sport.es"ə istinadən məlumatına görə, A Seriya təmsilçisi polşalı futbolçu ilə bu ilin yanvar ayında əlaqə yaradaraq, onun 2026-cı ilin yayında komandaya qoşulması barədə razılığa gəlməyi planlaşdırır.

Məlumata görə, “Milan”ın idman direktoru artıq 37 yaşlı forvardın ətrafındakı şəxslərlə əlaqə qurub.

Cari mövsümdə futbolçu bütün turnirlərdə 12 oyuna çıxaraq 7 qol vurub. Transfermarkt portalına görə, Levandovskinin bazar dəyəri 10 milyon avrodur.







Transfer